Britaniyanın Ankaradakı səfirliyi bağlanıb

  • By admin
  • 16 Sentyabr 2016 12:11

sefir

Böyük Britaniyanın Ankaradakı səfirliyi sentyabrın 16-da bağlanıb.

HTML tutorial

Gununsesi.info azadlıq.info-ya istinadən xəbər verir ki, Birləşmiş Krallığın Xarici İşlər İdarəsi təhlükə barədə xəbərdarlıq olduğunu, səfirliyin bir günlüyə bağlandığını bildirib.

Sentyabrın 15-də Almaniya da Türkiyədəki səfirliyini, konsulluqlarını və bir məktəbini müvəqqəti bağladığını elan etmiş, qərarını Qurban bayramı mərasimləri zamanı hücumların ola biləcəyi ehtimalı ilə izah etmişdi.

Britaniyanın Xarici İşlər İdarəsinin saytında vətəndaşlara Türkiyənin Suriya ilə sərhədinin 10 km-liyindən o tərəfə, həmçinin Diyarbəkir ərazisinə getməmək tövsiyə olunub.

Bir neçə gün əvvəl Türkiyə hökuməti 34 min məhbusu azad edib. «Mirror» yazır ki, məqsəd dövlət çevrilişinə cəhddə ittiham olunan 10 minlərlə məhbusu yerləşdirməkdir.

Azad olunan məhbuslar arasında qətl və zorakılıqda günahlandırılanlar da var. Ədliyyə Nazirliyinin qərarına əsasən, cəzasının yarısını çəkmiş və davranışına görə seçilən qadınlar, eləcə də kişi məhbuslar azadlığa buraxılırlar.

Gununsesi.info