Britaniyanın Türkiyədəki keçmiş səfiri Mİ6-nın yeni rəhbəri təyin olundu

  • By admin
  • 30 İyul 2020 09:21

Bir zamanlar İngiltərənin Türkiyədəki səfiri olmuş Riçard Mur Britaniya Xarici Kəşfiyyat İdarəsinin – Mİ6-nın yeni rəhbəri təyin olunub.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, hazırda Xarici İşlər Nazirliyində Siyasi işlər üzrə direktor vəzifəsində çalışan Mur Türkiyədə işlədiyi müddətdə sosial mediadakı paylaşımları və xüsusilə də “Beşiktaş” azarkeşliyi ilə xüsusi diqqət çəkmişdi.

Onun Mİ6 rəhbəri kimi vəzifəsinə payızda başlayacağı gözlənilir.

Mur bu vəzifədə altı ildir ki çalışan Ser Aleks Yanqeri əvəz edəcək.

Yanqer xələfi haqqında açıqlama verib və onu sakit, təmkinli, düşüncəli və cəsur biri adlandıraraq mükəmməl seçim edildiyini vurğulayıb.

Gununsesi.info