İnstaqram Madonnaya qadağa qoydu

  • By admin
  • 30 İyul 2020 09:30

İnstaqram dünyaca məşhur ulduz Madonnaya yanlış məlumatlar yayımladığı üçün xəbərdarlıq göndərib.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə müğənninin koronavirusla bağlı yerləşdirdiyi videonu silib və yerinə başqa bir görüntü paylaşıb.

İnstaqram Madonnanın şəxsi hesabına müdaxilə edərək, dəyişikliklərdə “Dəyişiklik edildi, səbəbini görün” qeydini edib.

Madonnanın silinən videosunda koronavirusla bağlı sübutu olmayan məlumatlar və status olub. Orada ifaçı əsası olmayan koronavirus müalicəsindən bəhs edib.

İnstaqram rəhbərliyi 15,4 milyon izləyicisi olan Madonnanın paylaşımındakı kimi hələ Covid-19 üçün müalicə üsulunun olmadığını açıqlayıb.

Gununsesi.info