Britaniyanın yeni baş qərargah rəisi əsgərlərə: Ruslarla döyüşməyə hazır olmalısınız

  • By admin
  • 20 İyun 2022 01:03

Böyük Britaniyanın yeni Baş Qərargah rəisi general  Patrik Sanders bütün ordu üzvlərinə mesaj göndərərək cəbhədə Rusiya ilə qarşılaşmağa hazır olmalarının lazım olduğunu bildirib.

Bu barədə Gununsesi.info BBC-yə istinadən bildirir.

Məlumata görə, keçən həftə vəzifəsinin icrasına başlayan Patrik Sanders deyib ki,  Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun ölkəni müdafiə etməyə və quru müharibələrinə hazır olması lazım olduğunu göstərir: “Ordu Rusiyanı məğlub etmək gücünə malik olmalıdır. Bütün ordular döyüşmək üçün təlim keçsələr də, son illərdə şərtlər açıq şəkildə dəyişib”.

 

Afət Abbasova

Gununsesi.info