“Brakonyerlər neft yataqlarına təhlükə yaradır” - MİRVARİ QƏHRƏMANLI + FOTOLAR

  • By admin
  • 11 May 2017 12:13

mirvari-qehremanli3-300x200

Qanunsuz balıqçı qayıqları neft platformalarına təhlükə yaradır.

Gununsesi.info xəbər verir ki, belə bir açıqlamanı Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

M.Qəhrəmanlının sözlərinə görə,  Dövlət Neft Şirkətinin «Azneft» İB strukturlarına daxil olan Neft-Qaz Çıxarma İdarələrində (NQÇİ) baş verən  ağır qəzalarda təxribat məsələsi həmişə gündəmə gəlib. Xüsusilə, həmin faciələrdə insan itkisi olursa, o zaman təxribata dair şübhələr yaranır: “Lakin bir hüquq müdafiə təkşilatı olaraq həmişə deyirik ki, baş verən qəzalar təxribat deyil, qanunvericilyini pozulması nəticəsində baş verir: “Neft Daşlarının NQÇİ-yə məxsus ərazilərində balıq biznesi ilə məşğul olan balıqçı qayıqları hərəkət edir. Bu, həmişə müşühidə olunur. NQÇİ-nin estakadalarının arası ilə, heç bir rəsmi icazəsi olmayan, bütün qadağalara baxmayaraq, balıqçı qayıqları tor atır, o başa- bu başa şütüyürlər.  Aldığımız məlumatda o da qeyd edilir ki, balıqçıların sahibi bunun üçün kimə lazımdırsa ona da  “hörmətlərini”edirlər”.

M.Qəhrəmanlı deyir ki, doğurdan da, əgər kimlərinsə burada maddi marağı olmasa, belə  kənar adamlar üzərindən neft və qaz xətləri keçən stratejli əhəmiyyətli estakadaların altı ilə hərəkət edərək istədiklərini edə bilməzdilər: “Kim  zəmanət a verə bilər ki, bu balıqçı qayıqları dövlətimiz üçün xüsusi əhəmiyyəti olan, strateji obyektdə hər hansı bir qəza-fəsad törədə bilməz?

Onu da qeyd edim ki, Neft Daşlarında dövlətə məxsus belə qayıqlar yoxdur”.

unnamed (1)

unnamed (2)

unnamed (3) unnamed (4)

Vüsalə Rüstəmova

Gununsesi.info