Bu aydan “iPhone” ucuzlaşır

  • By admin
  • 18 İyun 2018 18:10

“Apple” şirkəti iyun ayından etibarən qiymətləri ucuzlaşdıracaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu haqda şirkətə yaxın mənbələr məlumat yayıb.

Məlumata görə şirkət 2018-ci ildə istehsal edəcəyi bəzi modellərdə OLED ekranı əvəzinə LCD-dən istifadə edəcək. Bu da istehsal xərcinin azalmasına və satış qiymətlərnin ucuzlaşmasına səbəb olacaq.

Şirkət məsələ ilə bağlı rəsmi məlumat yaymasa da, yayılan xəbərləri təkzib də etməyib.

Qeyd edək ki, “Apple”in LCD ekrana sahib ilk “iPhone” modelini 8699 dollardan başlayan qiymətlərlə satışa çıxarmışdı. Qiymətin telefonun parametrlərinə uyğun olmaması şirkətin həfələdiyi satış sayına çatmamasına səbəb olmuşdu.