Bu cinayəti törədənlər məsuliyyətə alınmalıdır - ABŞ SƏFİRLİYİ AYTƏN MƏMMƏDOVAYA HÜCUMDAN NARAHATDIR

  • By admin
  • 09 May 2022 23:58

ABŞ-ın Azərbaycandakı Səfirliyi jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyib.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı açıqlamada deyilir: 

“Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxləri  məsuliyyətə cəlb etməyə çağırırıq”.

Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.