“Bu, çox təhlükəli və yanlış fikirdir…” - ƏLİYEV

  • By admin
  • 02 Oktyabr 2016 20:01

fr

“Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır”.

Gununsesi.info xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əfsuslar olsun, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur.

“Bu, çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir və ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik. Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar. Onlar ölkəmizin dəyərli vətəndaşlarıdır və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər…”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info