Maşın aşdı, 3 nəfər xəsarət aldı

  • By admin
  • 02 Oktyabr 2016 20:37

f9561b68efeefd8e268202d9bbfb44df

Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.

“Kia Ria” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur.  Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info