“Bu, çoxdan olmalı idi” - MİSİR MƏRDANOV RAMİZ MEHDİYEVİN İSTEFASI BARƏDƏ DANIŞDI

  • By admin
  • 14 Fevral 2022 18:55

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. Bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Sabiq deputat Elton Məmmədov da xəbəri təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az saytı sabiq təhsil naziri Misir Mərdanov ilə əlaqə saxlayıb.

O açıqlamasında yayılan xəbərlərin doğruluğunu təsdiqləyib: “Bəli, artıq mənə də xəbər verdilər ki, Ramiz Mehdiyev istefa verib. Əlbəttə ki, bu istefa çoxdan olmalı idi. Düzdür, indi baş tutdu. Təbii ki, bu da çox yaxşıdır. İnşallah ki, ədalət öz yerini tapar”.

 

 

Gununsesi.info