Bu dəfə Əlcəzair vətəndaşı Belçikada Corc Floydun taleyini yaşadı

  • By admin
  • 24 İyul 2020 11:21

Əlcəzair vətəndaşı Belçikada polis tərəfindən tutulduqdan sonra ölüb.

Gununsesi.org-un məlumatına görə, “Anadolu” agentliyi bu xəbəri Əlcəzair Xarici İşlər Nazirliyiniin açıqlamasına istinadla yayıb.

Bildirilir ki, polis tərəfindən tutulduqdan sonra vəfat edən 29 yaşlı vətəndaş Kadiri Rıza Əbdürrəhmanın ölümünü aydınlaşdırmaq üçün tədbirlər görülür.

Sosial mediada Əbdürrəhmanı yerə uzadaraq kürəyini və boynunu sıxan iki polis məmurunun görüntüsü paylaşılandan sonra bunun ikinci Corc Floyd hadisəsi olması ilə əlaqədar şərhlər başlayıb.

Əlcəzair və Belçika mətbuatında yayımlanan xəbərlərdə qeyd edilir ki, Əlcəzair əsilli Əbdürrəhman polis nəzarətindən qısa müddət sonra xəstəxanada ölüb.

Əlcəzairli gəncin anası Züleyxa Zeytuni Belçika polisini oğlunu öldürməkdə günahlandırır.

Xatırladaq ki, ABŞ-da mayın 25-də afroamerikalı Corc Floyd saxta əsginaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin onun qoluna qandal vurub yerə yıxaraq dizi ilə boynunu sıxması nəticəsində o, xəstəxanada həyatını itirib.

Gununsesi.org