Bu gün 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır

  • By admin
  • 24 Noyabr 2017 09:46

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır.

Gununsesi.info-nun məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. “2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması” adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider  iştirakını təsdiqləyib.

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

Qeyd edək ki, 2009-cu ildən yaradılmış “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna  arasında əlaqələri dərinləşdirməkdir.

Gununsesi.info