Dünya bazarında neftin qiyməti ucuzlaşıb

  • By admin
  • 24 Noyabr 2017 09:40

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib. 

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,71% artaraq 58,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,30% azalaraq 63,36 dollar olub.

Gununsesi.info