İran hərbi gəmiləri Meksika körfəzinə yollanacaq

  • By admin
  • 24 Noyabr 2017 09:35

İran yaxın zamanda hərbi gəmiləri Meksika körfəzinə göndərəcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin yeni komandanı kontr-admiral Hüseyn Xanzadə bildirib.

Yeni vəzifədə ilk mətbuat konfransı keçirən H.Xanzadə qeyd edib ki, İran gəmiləri Cənubi Amerikanın bir neçə ölkəsinə səfər edəcək, daha sonra isə “Meksika körfəzində İran bayrağını qaldıracaqlar”.

H.Xanzadə ABŞ barədə heç nə deməsə də, bəzi Qərb KİV-ləri İran gəmilərinin ABŞ sahillərinə doğru yollanacağını iddia ediblər.

Hərbi Dəniz Qüvvələrinin yeni komandanı həmçinin əlavə edib ki, İran istehsalı olan “Sipər” keşikçi raket gəmisi yaxın günlərdə ölkənin Xəzər donanmasının tərkibinə qatılacaq.

Gununsesi.info