Bu gün Azərbaycan klublarının Avropa Liqasındakı ilk rəqibləri müəyyənləşəcək

  • By admin
  • 19 İyun 2017 11:04

594770cd50797_14978505052136741578_1000x669

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil qərargahında futbol üzrə Avropa Liqasının 2017/2018-ci il mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkü atılacaq.

Gununsesi.info məlumat verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək mərasimdə Azərbaycanın üç klubu – “Zirə”, “İnter” və “Qəbələ”nin rəqibləri müəyyənləşəcək.

Mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək “İnter” və “Zirə” səpələnmişlər sırasında qərarlaşıblar və nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar.

Azərbaycan Premyer Liqasının gümüş medalçısı “Qəbələ” isə ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridir. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəif rəqiblə görüşəcək.

Gununsesi.info