Bu gün Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçiriləcək.
“Gununsesi.info” xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”da rəqibini tanıyacaq. Püşkatma mərasimi saat 14:00-da İsveçrənin Nyon şəhərində başlayacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta), “Santa Koloma” (Andorra)
Səpələnməmişlər: “Torshavn” (Farer adaları), “Linkoln” (Cəbəllütariq), “Alaskert” (Ermənistan), “Tre Penne” (San-Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər: “Qarabağ” (Azərbaycan), “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Legiya” (Polşa), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan),”Kopenhagen” (Danimarka),”Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Hafnarfyorfur” (İslandiya), “Trençin” (Slovakiya), “Şerif” (Moldova)
Səpələnməmişlər: “Olimpiya” (Sloveniya), “Ddüdelanj” (Lüksemburq), “Ferensvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), , “Norçepinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro), “Jalgiris” (Litva), “Hapoel” (Beyer-Şeva, İsrail), “Liepaya” (Latviya), I təsnifat mərhələsinin 4 cütü.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək.