
Əməkdar artist Tünzalə Ağayeva “ATV maqazin onlarla” verilişinin “Hid-parad” rubrikasının qonağı olub.
Gununsesi.info xəbər verir ki, müğənni “Eurovision 2011” qalibi Nigar Camalla bağlı ələ salıcı sözlər deyib.
Nigarı “Hid-parad”dan uzaqlaşdıran Tünzalə onun ifasını bəyənmədiyini bildirib: “Bu gündən Nigarla biz düşmən olduq. Nigar deyəcək, mənə gücün çatdı? Türkiyə şou-biznesinə get. Sənin fotonu orada Ebru Gündeş alacaq əlinə və deyəcək, Nigara yer verirəm. Nigar, sənin Türkiyə şou-biznesində olmağa yerin var. Fikirləşdim ki, Nigarı bərk çimdikləsəm onu acıtmayacaq. Bir-iki gün məni söyər ki, “Hit-parad”dan çıxardın məni. Mahnı mənə yaxın deyil”.
Gununsesi.info












