Bu həftə pensiyaların ödənişi yekunlaşacaq

  • By admin
  • 11 Avqust 2021 11:31

Respublika üzrə bütün pensiyaların ödənişinin tam yekunlaşacağı tarix açıqlanıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Bildirilib ki, avqustun 13-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.