Bu hava limanı yalnız dövlət başçıları üçün nəzərdə tutulub - FOTO

  • By admin
  • 11 Yanvar 2018 22:54

İstanbulda üçüncü hava limanının istismara verilməsindən sonra hazırda fəaliyyət göstərən Atatürk hava limanı yalnız dövlət başçılarını qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazir qeyd edib ki, Atatürk hava limanında həmçinin, sərgi mərkəzi fəaliyyət göstərəcək.

Üçüncü hava limanı barədə danışan nazir deyib ki, bu ilin fevral ayının sonlarında hava limanında sınaq uçuşları keçiriləcək.

Yeni hava limanının tikintisi 10 milyard lirəyə başa gələcək.

Gununsesi.info