
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Vyetnamın yeganə özəl havayolları şirkəti “VieJet” diqqət çəkmək və bilet satışını artırmaq üçün qeyri-adi bir addım atıb. Belə ki, bundan sonra havayolları şirkətinin işçiləri təyyarədə sərnişinlərə alt paltarında xidmət göstərəcək.
Nguyen Thi Phuong Thao Vyetnamın ən varlı qadınlarındandır. Moskvada Maliyyə və İqtisadiyyat ixtisasına yiyələndiyi illərdə faks aparatı sataraq ilk dəfə bir milyon dollar qazandığı zaman Nguyenin cəmi 21 yaşı olub. Hazırda milyarder olan qadın havayolları şirkətinin 95 faizinin sahibidir. O, öhdəliyində olan “VieJet” şirkətinin heyətində çalışan qadınlara rəngarəng alt paltarları geyindirmək qərarına gəlib. Nyugen bilet satışını artırmaq məqsədilə bu addımı atıb. Onun bu fikri şirkətə daha da uğur gətirib. Bundan sonra havayolları şirkətinin işçiləri təyyarədə sərnişinlərə alt paltarlarında xidmət göstərəcək.
Onu da qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən “VieJet” dünyanın ən tanınmış havayolları şirkətlərindən biridir və 38 təyyarəyə sahibdir.



Gununsesi.info












