Bu il 13 prokurorluq işçisi cəzalandırılıb

  • By admin
  • 22 İyul 2022 12:25

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Hesabatda vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.

Gununsesi.info