Bu il Azərbaycanda keçiriləcək dünya və Avropa çempionatları – SİYAHI

  • By admin
  • 08 Yanvar 2018 13:42

2017-ci il Azərbaycan idmanı üçün əlamətdar olub. Azərbaycan idmançıları 2017-ci ildə 234 beynəlxalq yarış, o cümlədən dünya və Avropa çempionlarında iştirak ediblər.

Bəs 2018-ci ildə Azərbaycan hansısa idman yarışlarına ev sahibliyi edəcəkmi?

Gununsesi.info xəbər verir ki, Gənclər və İdman Nazirliyindən modern.az-a verilən məlumata görə, 2018-ci ildə Azərbaycanda bəzi yarışların keçirilməsi planlaşdırılır.

Belə ki, cüdo və kopoero üzrə dünya çempionatının Bakıda keçirilməsi gözlənilir.  Martın 15-18 tarixlərində gimnastika üzrə dünya kuboku, aprelin 12-15 tarixləri arasında batut gimnastika üzrə Avropa çempionatı, 27-29 aprel tarixlərində isə bədii gimnastika üzrə dünya kuboku keçiriləcək.

Həmçinin, 22-23 iyul tarixləri arasında yeniyetmələrin olimpiya oyunlarında idman gimnastikası üzrə təsnifat xarakterli yarışlar keçiriləcək.

Gununsesi.info