
Gununsesi.info İngiltərənin Daily Mail qəzetinə istinadən xəbər verir ki, düzgün bəslənmə üzrə mütəxəssis Rob Hobson avokado, yer fıstığı və qoz yağının ən az zeytun yağı qədər faydalı olduğunu bildirib.
O qeyd edib ki, avokado yağı özündə 70 faiz oleik turşusu ehtiva edir. Bu da ürək xəstəliklərinin qarşısını alır.
Mütəxəssisin sözlərinə görə, Omeqa 3 yağ turşusu ilə zəngin qoz yağı da həm ürək xəstəliklərinə, həm də iltihablara qarşı effektli müalicə üsuludur.
Yer fıstığı yağı isə müsbət xolesterolları artırır, mənfi xolesterolların azalmasını təmin edir.



Gununsesi.info











