Bu nazirlik “Azercell”i aldı - KÜTLƏVİ İXTİSARLAR GÖZLƏNİLİR

  • By admin
  • 22 May 2018 11:40

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azercell Telekom” MMC-nin səmlərinin 50 faizindən artığını alıb. 

Bu barədə Gununsesi.info-ya ölkənin mobil operatorunda çalışan bir qrup əməkdaş bildirib. Məlumata görə, artıq adıçəkilən nazirliyin rəsmiləri şirkətdə sənədləşmə və iş prosesinin bölgüsü ilə məşğuldurlar. Artıq idarəçilik yeni pay sahiblərinin səlahiyyətinə keçib.

Şirkətdə işləyənlərin sözlərinə görə, yaxın zamanlarda “Azercell”də kütləvi ixtisarlar olacaq. İşçiləri də narahat edən elə məqam burasındadır.

Şirkətin inkişafına tövhə verən əməkdaşlar ciddi narahatdır.

Məsələ ilə bağlı  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı.

Qeyd edək ki, Azercek Telekom MMC ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.

Azercell şirkətinin son 100% -lik sərmayədarı Türkiyənin “Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş,” şirkəti olub.

Mövzuya qayıdacağıq.

Gununsesi.info