Bu ölkə də sanksiyalara qoşulmayacağını bəyan etdi

  • By admin
  • 02 Aprel 2022 09:36

“Moldova Ukrayna münaqişəsi ilə bağlı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu bidirib.

O, bildirib ki, ölkəsi bu məsələdə neytral mövqe nümayiş etdirəcək.

“Ölkənin enerji resursları olmadan vəziyyəti sabitləşdirmək üçün heç bir şey edə bilmərik. Bu vəziyyətdə nə Ukraynaya nə də tərəfdaşlarımız bu istiqamətdə köməklik edə bilməyəcəyik. Bəzi şeylər var ki, vətəndaşlara bu haqda açıq danışmaq lazımdır”,- deyə Sandu bildirib.

Onun sözlərinə görə, qonşu ölkədəki münaqişə Moldovanın iqtisadi vəziyyətinə mənfi təsir göstərib.

“Sanksiyalar ixrac və idxal əməliyyatlarına pis təsir göstərib. Bizim nə Ukrayna bazarına nə də Rusiya bazaarlarına çıxışımız var”,- deyə Moldova Prezidenti əlavə edib.

Daha əvvəl o, Ukraynadakı münaqişə və sanksiyalara görə ərzaq, enerji və digər malların qiymətlərinin artdığını bildirsə də ölkədə aclıq təhlükəsinin olmadığını deyib.

Gununsesi.info