Bu ölkədə əl-qol ilə danışanları cadugər hesab edirlər - 6 ÖLKƏ, 6 QƏRİBƏ QAYDA

  • By admin
  • 16 Fevral 2018 20:56

Portuqaliyada yeməyə duz əlavə edərkən, Misirdə jestlərlə danışarkən, Rusiyada fit çalarkən ehtiyatlı olun. Sizi səhv başa düşə bilərlər. Çünki hər bir ölkənin özünə xas olan qəribə və yazılmamış qanunları var.

Gununsesi.info 6 ölkədən 6 qəribə qaydanı təqdim edir:

1. ABŞ-da şəhərləri rahatlıqla gəzib görmək istəyirsinizsə, mütləq avtomobil icarəyə götürün. Çünki böyük şəhərlər xaricində digər bölgələr arasında, demək olar ki, nəqliyyat yoxdur.

2. Misirdə, xüsusən ölkənin çöllük ərazilərində jestlərdən istifadə etməyin. Çünki burada əl-qol ilə danışmaq heç də yaxşı qarşılanmır və cadu ilə əlaqələndirilir.

3. Yaponiyada restoranda təamlardan dadmaq istəsəniz, yeməkdən əvvəl sifarişin pulunu ödəməlisiniz.

4. Tayland əhalisi olduqca istiqanlıdır. Lakin onların başlarına qətiyyən toxunmayın. Çünki taylandlılar başı müqəddəs hesab edir.

5. Rusiyada fit çalmasanız, daha yaxşı olar. Ruslar fit çalmağın bədbəxt hadisə və yoxsulluq gətirdiyinə inanırlar.

6. Portuqaliyada qonaq getdiyiniz evdə yeməyə duz tökməməyiniz məsləhətdir. Çünki bu, yeməyi bəyənməmək mənasını verir.

Gununsesi.info