Ekvadorda donuz qripinə görə 84 nəfər həyatını itirib

  • By admin
  • 16 Fevral 2018 20:54


Cənubi Amerika yerləşən Ekvadorda donuz qripi ötən ilin noyabrından etibarən ölümlərə səbəb olur.

Gununsesi.info xarici KİV-ə xəbər verir ki, indiyədək 84 nəfər həmin virus səbəbindən həyatını itirib.

1081 nəfərə qeyd edilən diaqnoz qoyulub, 2,5 milyon nəfərə isə peyvənd vurulub. Peyvənd vurulan şəxslər 65 yaşdan yuxarı kişi və qadınlar, hamilə və 5 yaşdan aşağı uşaqlardır.

Hazırda qabaqlayıcı tədbirlər davam etdirilir.

Gununsesi.info