Qeyri-adi dini və etnik toplum – ONLAR PALTARSIZ GƏZİR, AYAQÜSTƏ YATIRLAR

  • By admin
  • 16 Fevral 2018 20:47

Sadu, yaxud Sadhular Hindistan və Nepalda yaşayan dini və etnik qrupdur. Tanrıların davamçısı hesab edildiyindən hindlilər tərəfindən xüsusi hörmətlə qarşılanan toplum oxuduqları duaların qarşılığında əhalidən yemək alır.

Gununsesi.info Saduların qəribə həyatı barədə məlumatı təqdim edir.

Sadular qədim Vedik əyalətində “səssiz olanlar” və “uzun saçlılar” adlandırılmışlar. Qədim dövrlərdə Sadhuizm dinin ən yüksək pilləsi kimi qiymətləndirilib. İnanclara görə, şəhərlər sadhuların duaları ilə qorunub.

Əvvəllər yalnız brahmanların sadhu olmasına icazə verilirdisə, indi bütün kasta üzvləri bu qrupa üzv ola bilər. (Kasta Hindistanda sinifli cəmiyyətdir. Buddizm kasta quruluşuna qarşı mübarizə aparıb – red.)

Sadhu olmaq istəyənlər saf və yoxsul ömür sürəcəyinə söz verməli, pulu rədd etməli, izdivacdan imtina etməlidirlər.

Əsasını kişilərin təşkil etdiyi Sadhuların içərisində az sayda qadına da rast gəlinir ki, onlar “sadhin” adlanırlar.

Ən mühafizəkar sadhular naqalardır. Naqalar paltar geyinmirlər, aid olduqları məzhəbə xas olan simvollardan istifadə edir, qızıl qolbaqlar taxırlar.

Bütün gün ərzində dualar oxumaq, ayinlər icra etmək, bununla da Tanrıya daha da yaxın olmaq toplumun həyat tərzinin əsasını təşkil edir. Onlar sol əllərini yuxarıya qaldırır, bir ayaq üstündə qalır, kaktuslardan hazırlanmış yataqlarda yatırlar. Bəziləri isə özünü torpağa basdırır, alovun içində oturur, ayaqüstə yatır, ağacların arasında yaşayır, illərlə danışmırlar.

Onlar müharibəyə qarşı çıxır, sülh içində yaşamağı üstün tutur, yalanı və maddi olan hər şeyi rədd edirlər.

Gununsesi.info