Bu ölkədə paytaxtdan köçən sakinlərə 38 min 500 dollar verilir

  • By admin
  • 18 Yanvar 2023 11:07

Yaponiya hökuməti paytaxt Tokioda əhalinin sayını azaltmaq qərarına gəlib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xənərə görə, əhalisi sürətlə azalan Yaponiyanın Tokio kimi böyük şəhərlərində əmək qabiliyyətli əhalinin həddindən artıq cəmləşməsi hökuməti narahat edir.

Hökumət ehtiyat tədbiri olaraq kənd yerlərinə köçməyə razı olanlara hər uşağa 1 milyon yen (təxminən 7700 dollar) verəcəyini vəd edir.

Yeni təşviq proqramı aprel ayında qüvvəyə minəcək, ailə başına maksimum 5 milyon yen (təxminən 38,500 ABŞ dolları) ödəmə ilə.

2027-ci ilə qədər 10.000 nəfərin təşviq planından faydalanacağı gözlənilir.

Yaponiyanın əhalisi illərdir ki, azalır. Ən kəskin azalma ötən il baş verib, ölümlə doğulanlar arasında 726 342 fərq var.

Əksinə, əmək qabiliyyətli yaşda olan bir çox gənc yapon öz ata-baba kəndlərini və qəsəbələrini tərk edərək iş, təhsil və evlilik imkanlarının daha çox olduğu Tokio və Osaka kimi daha böyük şəhərlərə miqrasiya edirlər.

 

Tərcümə:

Afət Abbasova