Bu ölkələrdə koronavirusa yoluxma sayı artdı

  • By admin
  • 17 Mart 2020 12:23

Livan, Tunis, Polşa və İsraildə koronavirusa yoluxanların sayı artıb.

Gununsesi.org bildirir ki, “HaberGlobal” məlumat verir ki, Livanda yeni növ koronavirusa yoluxanların sayı 21 nəfər artaraq 120-yə çatıb.

İsraildə 48 nəfərdə koronavirus aşkar edilib, yoluxanların sayı 298 nəfər olub.

Tunisdə isə yoluxanların sayı 4 nəfər artaraq 24-ə çatıb.

Məlumatda bildirilir ki, Polşada 177 nəfərdə koronavirus aşkar edilib, 4 nəfər isə bu virusdan ölüb.

Daha əvvəl bu ölkədə 52 nəfərdə koronavirusa yoluxma faktının aşkarlandığı, 1 nəfərin isə öldüyü bildirilmişdi.

Gununsesi.org