Xəbər verdiyimiz kimi, dünən Milli Onkologiya Mərkəzində baş verən hadisə gündəm mövzusudur.
Hadisə ilə bağlı müxtəlif şərhlər var.
Gununsesi.info-ya danışan hüquqşünas Müşfiq Abbasov bu barədə deyib:
“Onkoloji xəstəlik insan psixologiyasına çox pis təsir edir. Anam zamanında bu xəstəlikdən dünyasını dəyişib, elə bu səbəbdən də bu xəstələrin nə qədər depresiv durumda olmasını bilirəm. Dünən Milli Onkologiya Mərkəsində müharibə veteranı olan xəstənin qumbara partladaraq həkimi öldürməyə cəhd etməsi xəbəri məni doğrudan da düşündürdü. Xəstə özü ölüb, həkim də ağır yaralanıb. Bir xəstə onu müalicə edən həkimi niyə öldürmək istəsin ki? Demək ki, burda hansısa neqativ hal var. Bu hal ya xəstədə, ya həkimdə, ya da həmin mərkəzin ümumi fəaliyyətində olub. Yoxsa, qumbara partlamazdı…Əgər partlayıbsa, bu partlayış çoxusunu ayıltmalıdır…”
Qeyd edək ki, hadisə Şua-diaqnostika şöbəsində olub.
Qazi olduğu vurğulanan xəstə Mübariz Əliyev əl qumbarası atıb.
Nəticədə həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb, xəstə isə dünyasını dəyişib.
Orxan












