Çinin Haynan adasında keçirilən “Dünya gözəli-2018” müsabiqəsinin qalibi bəlli olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu il bu titula Meksikadan Vanessa Ponse de Leon layiq görülüb. İkinci yeri isə tailandlı Nikolin Piçala tutub.
3 saat davam edən final mərhələsində 30 namizəddən 5 ölkənin (Belarus, Meksika, Tailan, Uqanda, Yamayka) modeli fərqlənib.
Vanessanın tacını ötənilki qalib – hindistanlı Manuşi Çhillar təqdim edib.