Bu rəsm 140 milyona satılır - FOTO

  • By admin
  • 14 Yanvar 2020 13:24

Moskva sakini altı yaşı olarkən çəkdiyi rəsmi 140 milyon rubla (3 milyon manat) satmaq qərarına gəlib. 

Gununsesi.org xəbər verir ki, əl işi tanınmış “Avito” elan saytında yerləşdirilib.

Rəsmin sahibi qiymətin yüksək olmasını çəkilməsi zamanı ona “ürəyini qoyması” ilə əlaqələndirib. O əlavə edib ki, əldə etdiyi məbləğlə Rusiyadan mühacirət etməyi planlaşdırır.

“At üzərində Qırmızı Ordu əsgəri” adlı əsərin müəllifi sənət əsərini 1984-cü ildə çəkdiyini deyib.

“Dünya rəssamlıq nümunələri arasında bu qədər səmimi və insan duyğularına dərin iz buraxan əsər çəkilməyib”, – elanda rəssam qeyd edib.