Bu rayona dəmir yolu xətti çəkilir

  • By admin
  • 11 Aprel 2018 12:56
“Azərbaycan Dəmir Yolları” QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Report”a açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.
“Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir”, – o qeyd edib.
Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: “Nargilə” kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək”.
Gununsesi.info