Kəlbəcərlilərdən yüksək seçici fəallığı - FOTOLAR

  • By admin
  • 11 Aprel 2018 13:00

Respublikamızda keçirilən prezident seçkilərində seçici aktivliyi 123 saylı Kəlbəcər Seçki Dairəsində də müşahidə olunmaqdadır.

Gununsesi.info xəbər verir ki, məcburi köçkünlərin səsverməsi üçün 123 saylı Kəlbəcər Seçki Dairəsinin ölkənin 60 rayonunda seçki məntəqəsi fəaliyyət göstərir.

123 saylı Kəlbəcər Seçki Dairəsinin Gəncə, Goranboy və Mingəçevirdə təşkil olunan seçki məntəqələrində günorta saat 12-dək seçicilərin 50 faizə yaxını səs verib.

Ən yüksək seçici fəallığı isə dairənin Mingəçevirdə yerləşən 18 saylı seçki məntəqəsində müşahidə edilib.

18 saylı seçki məntəqəsinin sədri Hicran Əliyev Gununsesi.info-ya bildirib ki, seçici fəallığı səhər saatlarından yüksək olub.

 

Gununsesi.info