Bu, rus diplomatiyasının uğurudur – Krasov

  • By admin
  • 29 Dekabr 2016 19:41

krasov

 

Suriyada əldə edilən atəşkəs razılığı Rusiya başda olmaqla, terrorla mübarizə aparan İran, Suriya və Türkiyə hökumətlərinin uğurudur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Krasov deyib.

“Atəşkəs şübhəsiz ki, rus diplomatiyasının uğurudur. Bu uğuru həqiqətən terrorla mübarizə aparan İran və Suriya hökumətləri ilə paylaşırıq. Bura türk həmkarlarımız da daxildir”, – Krasov bildirib.

Komitə sədri onu da əlavə edib ki, əldə edilən atəşkəs razılığı beynəlxalq arenada bir daha Rusiyanın sülhpərvər mövqeyini ortaya qoydu.

 

Gununsesi.info