Bu şirkətlər avtomobilləri geri çağırdı

  • By admin
  • 11 Oktyabr 2017 23:34

cars_import_010415

“FCA Rus” şirkəti Rusiyada 3 mindən çox “Jeep”, “Dodge” və “Chrysler” avtomobilini geri çağırıb.

Gununsesi.info xəbər verir, bu qərar avtomobillərdə mümkün qısaqapanma ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin aprelindən 2011-ci ilin dekabrınadək Rusiyada satılmış “Jeep Compass”, “Jeep Patriot”, “Dodge Caliber” və “Chrysler Sebring” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Gununsesi.info