Quba sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb

  • By admin
  • 11 Oktyabr 2017 23:28

tecili_yardim_041
Quba rayonunda bədbəxt hadisə qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Tüləkəran kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Nəzərov Nicat Zakir oğlu ağacdan yıxılıb.

Ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info