Bu universitetdən 5 minədək məzun buraxıldı

  • By Admin2
  • 01 İyul 2026 12:44

2025–2026-cı tədris ilinin yekununda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun struktur bölmələri üzrə ümumilikdə 5 minə yaxın təhsilalanın məzun olması gözlənilir.

Bu barədə Gununsesi.info-ya ADPU-dan məlumat verilib.

Cari tədris ilində ADPU üzrə bakalavriat səviyyəsindən 2360 nəfərin, magistratura səviyyəsində isə 445 nəfərin məzun adını qazanması gözlənilir. Universitetin Ağcabədi, Cəlilabad, Quba, Şamaxı və Şəki filialları üzrə isə ümumilikdə 967 nəfər bakalavr təhsilini başa vurur. Bununla yanaşı, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini də cari tədris ilində 1058 nəfər subbakalavr bitirir.

Gununsesi.info