Bu yazını kişilər oxusun: Sperma sayı dünya çapında 50 ildə yarı-yarıya azaldı - Araşdırma

  • By admin
  • 30 Noyabr 2022 15:42

Dünya boyunca kişilərdəki sperma sayısı son 50 ildə yarıya qədər azalıb və 2000-ci ildən bəri bu aniş iki dəfədən daha çox artıb.

Gununsesi.info “Euronews”a istinadən xəbər verir ki, “Human Reproduction Update” dərgisində yayımlanan məqaləyə görə, nəticələr insanlığın gələcəyini təhlükəyə ata biləcək doğuş böhranına işarə edir.

53 ölkədən 57 bindan çox kişidən alınan sperma örnəkləri və 223 çalışmaya əsaslanan analizlərə görə, Latın Amerikası, Asiya və Afrikadakı sperma azalışının ilk dəfə Avropa, Şimali Amerika və Avstraliyaya taraz şəkildə irəlilədiyi bəlli oldu.

Araşdırmaçılar sperma sayındakı azalmanın kritik səviyyənin altına endiyini və artıq döllənmənin daha çətin hala gəldiyini vurğulayırlar. Bu da dünya çapında cütlərin artıq tibbi dəstək olmadan övlad sahibi olmasını daha da çətinləşdirməsi anlamına gəlir.

Məqalənin başyazarı Qüds İbrani Universitetindən Haqay Levine ortada çox böyük bir problemini olduğunu və önləm alınmasa, insan irqinin sonunun gələ biləcəyini vurğulayır.

Danimarka, Braziliya, İspaniya, İsrail və Amerikadan olan araşdırmaçıların yer aldığı heyət daha öncə analiz edilməyən bölgələrdəki sperma sayının trendlərini izləyib. Eyni heyət 2017-ci ildə Qərb ölkələrində həyəcanverici səviyyədəki geriləməyi hesabatlaşdırmışdı.

1973-2018-ci illlər arasındakı dataların analizləndiyi çalışmaya görə sperma sayıları hər il orta hesabla 1.2 faiz geriləyir. Bu faiz 2000-ci ildən sonora 2.6 faizin üstündə yüksəlib.

“İqlim dəyişikliyi qədər təhülkəli”

Levine araşdırmanın nəticələrinin nəticələri etibarı ilə qilim dəyişikliyi qədər təhlükəli bir böhrana işarət etdiyini altından xət çəkərək vurğulayır.

Araşdırmaçı “İqlim dəyişikliyi kimi fərqli yerlər fərqli miqdarda təsirlənəcək, ancaq ümumi anlamda qlobal problem və o şəkildə ələ alınmalıdır”, deyir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info