Büdcədə neft gəlirlərinin payı 15 faiz azalacaq - SOCAR büdcəyə 1.2 milyard manat ödəyəcək

  • Müəllif: admin
  • 29 Sentyabr 2016 14:15

socar

2017-ci ilin büdcə gəlirlərində neft sektoru üzrə payı 7.8 milyard manat təşkil edəcək.

Gununsesi.info Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, neft gəlirlərinin büdcədəki payı cari ilin proqnozu ilə müqayisədə 15 fazi azdır.

Neft sektoru üzrə büdcə gəlirlərinin 77.7 faizi Dövlət Neft Fondundan transfertlər, 22.3 faizi isə və ya 1.5 milyardı vergi orqanlarının xətti ilə daxil olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövlət büdcəsinə ödənişləri isə 1 milyard 280 milyon manat nəzərdə tutulur.

Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 475 milyon manat olacağı gözlənilir.

Dövlət büdcəsində neft sektorunun payı azalsa da, qeyri-neft sektorunun payı yüksələcək.  Belə ki, gələn ilin büdcəsində qeyri-neft sektoru üzrə daxilolmalar 5.4 milyard manat olacaq . Bu isə büdcə gəlirlərinin 50.8 faizi deməkdir. Nəticədə cari illə müqayisədə hökumət bu sektordan 6.6 faiz altım gözləyir.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info