Bu gündən Bakı-Sumqayıt qatarları Biləcəri və Xırdalanda da dayanacaq - YENİLİK

  • By admin
  • 19 Noyabr 2016 10:40
qatar
“Azərbaycan dəmiryolları” QSC  əhalinin Bakı-Sumqayıt-Bakı  elektrik qataralarından istifadə tələbatının artığını nəzərə alaraq, eyni zamanda onların daha rahat formada  mənzilbaşına çatmalarını təmin etmək məqsədi ilə  yeni hərəkət qrafikinə keçməyi qərara alıb.  Qərara əsasən  noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarları  Biləcəri və Xırdalan stansiyalarında dayanacaq.
 “Azərbaycan dəmiryolları” QSC –nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Gununsesi.info-ya açıqlamasında bildirib ki, bundan sonra təkcə Sumqayıt əhalisi deyil, eyni zamanda Xirdalan və biləcəri qəsəbəsinin  sakinləri də bu elektrik qatarlarından istifadə edəcəklər. “Bu  yaşayış məntəqlərinin sakinlər bu elektrik qataraından istifadə etməklə təkcə paytaxta deyil, eyni zamanda rahat qaydada Sumqayıta da rahat gediş-gəlişlərini təmin edəcək. Bununla yanaşı Sumqayıtdan olan sərnişinlərin  Xırdalan və Biləcəriyə də gəlişlərini asanlaşıdracaq. Sərnişinlər qəsa zaman ərzində rahat mənzilbaşına çata biləcəklər”- deyə, N. Əzməmmədov bildirib.
N. Əzməmmədov gələcəkdə belə stansiyaların sayının artırılmasını da istisna etməyib: “İndidən bir söz demək çətindir, ancaq   sərnişinləri rahat  mənzil başına çatması üçün “Azərbaycan dəmiryolları” QSC  bacardığını edəcək”.
O əlavə edib ki, bildiyiniz kimi   Abşeron və Bakıda yol infrastrukturunun təkmilləşdirilməsi, sərnişinləri rahat hərəkəti və yollarda tıxacların aradan qaldırılması məqsədi ilə Abşeron dairəvi dəmiryolunun bərpası istiqamətində  işlər gedir. “HazırdaBakı-Pirşağı-Sumqayıt dəmir yolunun (uzunluğu 29,2 km.) əsaslı yenidən qurulmasına başlanılıb. Bu məqsədlə Nərimanov-Böyük Şor sahəsində 2,2 km. yolun təmirinə başlayıblar. Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkətin bərpası 8-ci km, Sabunçu, Zabrat-Pirşağı, Kürdəxanı, Goradil qəsəbə sakinlərinin nəqliyyatın bu növündən istifadəsinə imkan verəcək.
Yolun bərpası Bakı və Sumqayıt arasında dairəvi yolla elektrik qatarlarının hərəkətini təmin edəcək. Belə ki, elektrik qatarları Bakı-Pirşağı-Sumqayıt-Xırdalan-Bakı və Bakı-Xırdalan-Sumqayıt-Pirşağı-Bakı marşrutları üzrə hərəkət edəcək. Şəhərətrafı qəsəbələrdən, bağ massivlərindən Sumqayıt və Bakıya gedən sərnişinlər üçün yol xeyli qısa olacaq”- deyə, N. Əzməmmədov vurğulayıb.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklərə gəldikdə isə N. Əzməmmədov bildirib ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 19:00, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:10, 09:50 , 17:00, 18:10 və 18:50 -da yola düşəcək. Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və  6006/6005  nömrəli elektrik qatarları hərəkətdə olmadığı üçün Biləcəri və Xırdalan stansiyalarında dayanacaq ilk elektrik qatarı (6007 nömrəli) bu gün Bakı sərnişin stansiyasından saat 16.99-da çıxacaq, saat 16.40-da Sumqayıt sərnişin stansiyasına çatacaq.  
Indi hərəkət cədvəlini oxculara təqdim edirik.
 BAKI-SUMQAYIT   ELEKTRİK QATARLARININ HƏRƏKƏT
C Ə D V Ə L İ                                                                                                               
 
Qatar
№-si
Bakıdan getmə
vaxtı
İ s t i q a m ə t
Sumqayıt-sərn.
çatma vaxtı
 
Qatar
№-si
Sumqayıt-sərn.
getmə vaxtı
İ s t i q a m ə t
Bakıya
çatma vaxtı
6001
7-40
Bakı- Sumqayıt-sərn.
8-20
 
6002
6-50
Sumqayıt-sərn. – Bakı
7-32
6003
8-15
Bakı- Sumqayıt-sərn.
8-55
 
6004
7-20
Sumqayıt-sərn. – Bakı
8-02
6005
8-50
Bakı- Sumqayıt-sərn.
9-30
 
6006
7-45
Sumqayıt-sərn. – Bakı
8-27
6007
16-00
Bakı- Sumqayıt-sərn.
16-40
 
6008
8-00
Sumqayıt-sərn. – Bakı
8-42
6009
17-20
Bakı- Sumqayıt-sərn.
18-00
 
6010
8-30
Sumqayıt-sərn. – Bakı
9-12
6011
18-00
Bakı- Sumqayıt-sərn.
18-40
 
6012
9-10
Sumqayıt-sərn. – Bakı
9-52
6013
18-30
Bakı- Sumqayıt-sərn.
19-10
 
6014
9-50
Sumqayıt-sərn. – Bakı
10-32
6015
19-00
Bakı- Sumqayıt-sərn.
19-40
 
6016
17-00
Sumqayıt-sərn. – Bakı
17-42
6017
19-45
Bakı- Sumqayıt-sərn.
20-25
 
6018
18-10
Sumqayıt-sərn. – Bakı
18-52
6019
20-45
Bakı- Sumqayıt-sərn.
21-25
 
6020
18-50
Sumqayıt-sərn. – Bakı
19-32
 
 
 
 
 
 
 
 
 
 
Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və  6006/6005  nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.
bileceri bileceri1
Mürtəza
Gununsesi.info