
İranın Makhunik kəndi maraqlı xüsusiyyəti ilə diqqət çəkir.
Gununsesi.info xəbər verir ki, yüz illərdir, bu kəndin sakinlərinin boyunun 1 metr olduğu düşünür.
Makhunik 1500 il əvvəl İranın şimal-şərqində salınmış bir kənddir, Əfqanıstan sərhədindən 75 km aralıqda yerləşir. Deyilənlərə görə yüz il əvvəl burada yaşayan insanların boyu 1 metr olub.
2005-ci ildə ərazidən 25 sm uzunluğu olan mumiya tapılmışdı. Araşdırma aparan mütəxəssislər mumiyanın 400 il əvvəl vaxtından əvvəl doğulan körpəyə aid olduğunu bildirsələr də, Makhunikin “Cırtdanlar kəndi” olduğuna dair iddialar davam etməkdədir.
Bildirilir ki, kənd sakinlərinin boyunun qısa olmasına səbəb yanlış qidalanma olub. Belə ki, bu quraq və ucqar bölgədə heyvandarlıq inkişaf etməyib, insanlar turp, taxıl, arpa və xurma yetişdirməklə özlərini təmin edirlər.
Kəndin qəribə xüsusiyyətlərindən biri də budur ki, sakinlər çay içməyə yaxşı baxmır. Makhunikin tarixi memarlığı üzrə araşdırma aparan 61 yaşlı Əhməd Rahnama bildirir ki, İran mətbəxi və qonaqpərvərliyində xüsusi önəm daşıyan çay burada narkotik vasitə rolunu oynayır. Rahnama bunu sakinlərin inancı ilə əlaqələndirir.
XX əsrin ortalarında yolların salınması ilə “Cırtdanlar kəndi”nin sakinləri İranın digər bölgələri ilə əlaqə yaradaraq yeni məhsullar əldə etdilər.
Kənddə yerləşən evlərin əksəriyyətinin hündürlüyü cəmi 70-80 santimetrdir.
Makhunikdə həyat şəraiti olduqca çətindir. Quraq kənddə gənclər iş tapa bilmədiyindən başqa yerlərə getməli olurlar. Sakinlərin sözlərinə görə şəhərlərə işləməyə gedən gənclər kəndə yemək və pul göndərirlər.


Gununsesi.info












