“Ermənistanda həyat səviyyəsi ildən ilə pisləşir” - ERMƏNİ İQTİSADÇI ÖLKƏSİNİ İFŞA ETDİ

  • Müəllif: admin
  • 11 Yanvar 2018 21:48

2018-ci ildə Ermənistanda vətəndaşların həyat səviyyəsinin ötən illə müqayisədə daha da azalacağı gözlənilir.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı Artak Manukyan deyib.

Onun fikrincə, bunun səbəblərindən biri ərzaq məhsullarının qiymətinin artmasıdır:

A.Manukyan qeyd edib ki, bu amilə həmçinin, iyulun 1-dən başlayaraq pensiya sistemi üçün icbari ödənişlərin tətbiq olunması da əlavə olunacaq.

İqtisadçı onu da vurğulayıb ki, Ermənistan vətəndaşlarının rifahı üçün cəhdlərin edilməməsini pensiya və əməkhaqlarının artırılmaması da göstərir.

Gununsesi.info