“Buraxın, gedim xəstə balamın yanına…” - POLİS POLKOVNİKİ

  • By admin
  • 18 Aprel 2018 13:05

DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsinin Ələt portunun sabiq rəisi, həbsdə olan pokovnik Fərhad Məmmədxanov məhkəmədən onu azadlığa buraxmağı xahiş edib? Külli miqdarda dələduzluqda günahlandırılan polkovnikin işinəBakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttihama görə, F.Məmmədxanov zərərçəkmiş Eldar Hənifəyevdən balıq biznesi qurmaq adı ilə 180 min pul alıb onu aldadıb.

Gununsesi.info xəbər verir ki, aprelin 18-də keçirilən məhkəmədə “Caspian Fish” şirkətinin əməkdaşı  Gülməmməd Muradov dindirilib. O bildirib ki, F.Məmmədxanovu su polisində rəis olan vaxtdan tanıyıb: “O vaxt müsadirə olan balıqları bizə təhvil verirdilər. Bir gün mənə dedi ki, bir hacı dostu var, iş qurmaq üçün pul verir. Razılaşdıq. Rayonda böyük ferma tikdik. Bir gün Fərhad gəldi ki, hacıya pul lazımdır , 50 min verdim. Bir müddət sonra yenə hacıya pul lazım olduğunu dedi, bu dəfə 100 min də tapıb verdim”.

Təqsirləndirilən polkovnik özü də ifadə verib. Bildirib ki, dövlətə hər zaman sədaqətli olub: “38 il orqanda dövlətə kişi kimi xidmət etmişəm. İndi danışsam da, kimdi mənə qulaq asan? Eldarla ailəvi dost olmuşuq. Yenə deyirəm, ona borcum var, amma o qədər yox. Balam ağır xəstədir, buraxın gedim yanına. Quran gətirin, əl basım ki, borcumu verəcəm”.

Zərərçəkmiş Eldar Hənifəyev bildirib ki, əvvəlcədən borcu olduğunu etiraf etsəydi, mələsə bu yerə çatmazdı: “Onun uşağı xəstələnəndə birinci mən getdim. Ailəsi dolana bilmirsə, mən kömək edərəm. Mənim heç kimi tutdurmaq niyyətim yoxdur. Sadəcə, bunlar mənə qara yaxdılar ki, guya faizə pul vermişəm. Bu adamın 5-10 il içəridə yatması mənə heç nə vermir. Məhkəmə mənə vaxt verilməsini xahiş edirəm, vəkillərlə məsləhətləşim”.

Gülər

 Gununsesi.info