FHN dağda köməksiz qalan şəxsləri XİLAS ETDİ

  • By admin
  • 18 Aprel 2018 13:00
Qazax rayonunda dağda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.
Gununsesi.info FHN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 17-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonu, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağında 2 nəfər köməksiz vəziyyətdə qalıb.
Yerin çətin keçilən qayalıq ərazi və sutkanın qaranlıq vaxtı (gecə saatları) olduğunu nəzərə alaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Bir neçə saat davam edən axtarış işləri nəticəsində hər iki vətəndaşın yeri müəyyən olunub. Xilasedicilər köməksiz vəziyyətdə qalmış 1997-ci il təvəllüdlü Mirzəyev Qasım İbrahim oğlu və 1999-cu il təvəllüdlü Qocayev Cəfər Arzu oğlu ilə müvafiq psixoloji söhbətlər aparıb, daha sonra ikisi təxminən 150 metr hündürlükdən endirilərək hadisə yerində olan həkim briqadasına təhvil verilib.
Əməliyyat uğurla başa çatıb.​
Gununsesi.info