“Bursaspor” millimizin oyunçusunu “əfv” etdi

  • By admin
  • 16 İyul 2017 22:48

bursaspor

Milli komandamızın oyunçusu Dəniz Yılmaz əfv edilib.

Gununsesi.info-nun Apasport.az-a istinadən məlumatına görə, uzun müddətdir “Bursaspor”da heyətdən kənarlaşdırılan hücumçu yenidən əsas komandaya daxil edilib.

“Anadolu Ajansı”nda yer alan xəbərdə baş məşqçi Pol Le Quenlə görüşən hücumçunun heyətə daxil edildiyi və Avstriyadakı təlim-məşq toplanışına aparılacağı bildirilib.

Bir müddətdir tək başına məşq edən hücumçu daha sonra fransız baş məşqçi ilə görüşüb və ona öz problemlərini anladıb. Millimizin üzvünü dinləyən Le Quen isə onun komanda ilə birlikdə təlim-məşq toplanışına qatılmasına qərar verib.

Gununsesi.info

 

Dəniz Yılmazın baş məşqçisi ilə birlikdə Avstriyada mətbuat konfransı keçirəcəyi gözlənilir.