Bütöv bir ordu korpusu döyüşsüz “Taliban”a təslim oldu – VİDEO

  • By admin
  • 12 Avqust 2021 10:40

Əfqanıstan ordusunun yüzlərlə hərbçisi ölkənin şimalında yerləşən Künduz vilayətində “Taliban”a müqavimət göstərməkdən imtina edərək təslim olublar.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Qəzet yazır ki, bu, ABŞ qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstan ordusunun sıralarında ən böyük seyrəlmədir.

Həmçinin qeyd olunur ki, təslim olan hərbçilər əsasən ABŞ istehsalı olan qiymətli silah-sursatı “Talibana”a təhvil veriblər.

Ordu üzvləri “Taliban” tərəfindən başqa əraziyə aparılıb.

Onların təhlükəsizliyi vilayəti tərk etməmək şərti ilə təmin olunacaq.

Gununsesi.info