
“Gedib on ev almaq investisiya sayılmır. Uşağın təhsilinə qoyulan pul əmlakdır. Onun bəhrəsini qocalanda görəcəksən. Bu gün hamıya tövsiyyə edirəm ki, bütün investisiyanı uşaqlarınıza qoyun. Mən belə edirəm. Mənim övladım bütün günü hazırlıqlardadır”.
Gununsesi.info xəbər verir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli “Sayqa ilə bu axşam” verilişində deyib. Müğənni qızı Əfşandan danışıb:
“Qızımın ailə quranda yaxına və ya uzağa getməsi əsas deyil. Önəmli olan onun xoşbəxt olmasıdır”.
V.Məhərrəmli qalmaqallardan bəhs edib: “Qalmaqal haqda heç vaxt düşünmürəm. Məni hər zaman ona sövq edirlər. Amma son vaxtlar mənə qəribə təmkin gəlir. Hamı saytlardakı yazılardan, başlıqlardan danışır. Yazıları yazanda da insanların oxumasını nəzərə alırlar. Mən bu cür yazılara, başlıqlara normal baxıram. Baxmayaraq mənim də başıma bu cür hallar gəlir, fikir vermirəm. Amma ona görə məhkəmələrdə sürünməyə ehtiyac yoxdur”.
Gununsesi.info












