
Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə keçirilən hazırlıq iclası təxirə salınıb.
Bu haqda Gununsesi.info-ya hüquq müdafiəçisi Samirə Agayeva məlumat verib. Onun sözlərinə görə, proses 25 aprel, saat 10.00-a təxirə salınıb.
Gülnaz Qənbərli
Gununsesi.info












